AzDataCom


AzDataCom şəbəkəsinin yaradılması layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən "Milli E-İdarəcilik Təşəbbüsü” layihəsinin əsas komponentidir. AzDataCom layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.


Layihənin məqsədi

  • Milli informasiya və kommunikasiya infrastrukturunun potensialının artırılması
  • Dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi
  • İnformasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəciliyin inkişaf etdirilməsi
  • Ölkədə rəqəmli geriliyin aradan qaldırılması
  • E-hökumət xidmətlərindən istifadə imkanlarının təmin edilməsi

Layihənin komponentləri

Layihə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsidir. 2004-cü ildən icrasına başlanılmış layihədə AzDataCom şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilmişdir. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilmişdir. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulmuşdur.

Şəbəkənin xüsusiyyətləri

  • Bütün regionları əhatə etməsi
  • İP/MPLS protokolları üzrə fəaliyyət gostərməsi
  • Miqyaslanma mümkünlüyü
  • İnteqrasiya imkanlılığı
  • Səmərəliliyi
  • Etibarlılığı
  • Dayanıqlılığı
  • Təhlükəsizliyi
  • Yüksək sürətliliyi
  • Şəbəkənin xidmətləri

  • Yüksəksürətli internet xidmətləri
  • VoİP xidmətləri
  • İpTV xidmətləri
  • Audio/video konfransın təşkili
  • Distant təhsil
  • Teletibb
  • VoD xidmətləri
  • Triple-Play
  • İnteraktiv xidmətlər
  • VLL xidmətləri
  • MPLS xidmətləri
  • VPN xidmətləri
  • xDSL xidmətləri
  • Layihənin icrasından gözlənilən nəticələr

    • Bakı ilə regionlar arasında yüksəksürətli əlaqənin təmin olunması
    • Regionlarda internetin inkişaf etdirilməsi və İKT-dən istifadə imkanlarının artması
    • "Maliyyə xidmətlərinin inkişafı” layihəsinin həyata kecirilməsinə dəstək verilməsi (poçt şobələrinin AzDataCom-a qoşulması)
    • NGN texnologiyası və İP-telefoniya xidmətlərinin inkişaf etdirilməsi
    • Distant təhsil, e-kommersiya, biznesin məsafədən idarə olunması və digər mütərəqqi fəaliyyət formalarının dünya standartlarına uyğun təşkilinə şərait yaradılması.