Özəl şəbəkələrin qurulması


Özəl şəbəkələrin əsas ideyası təşkilatın vahid korporativ şəbəkəsinin yaradılmasıdır. Özəl şəbəkə özündə operativlik, etibarlılıq, sadəlik və əlverişliliyi birləşdirən yüksək texnologiyalı həlldir.

VPN xidməti – "IP MPLS” (Multi Protocol Label Switching) texnologiyası əsasında virtual özəl şəbəkələrin yaradılmasını nəzərdə tutur. Bu texnologiya ümumi istifadə üçün nəzərdə tutulmuş şəbəkələrin resursları əsasında müştərinin uzaq ofislərini vahid korporativ ayrılmış şəbəkəyə birləşdirmək imkanı yaradır. VPN xidməti ayrı-ayrı kompüter və ya lokal şəbəkələri, ötürülən məlumatların bütövlüyünü və təhlükəsizliyini təmin edən virtual şəbəkədə birləşdirməyə imkan verir.
     


 Məlumat Hesablama Mərkəzi aşığıdakı şəbəkə həllərini    müştərilərə təklif edir:

  • LAN şəbəkələrinin (simli və simsiz - WiFi local şəbəkələr) tətbiqi;
  • WAN şəbəkələrinin (korporativ şəbəkələr) tətbiqi;
  • İnformasiya sistemlərinin resurslarına məsafədən çıxışın təşkil edilməsi;
  • Çoxfunksiyalı korporativ şəbəkələrin tətbiq edilməsi;
  • Telekommunikasiya şəbəkə infrastrukturlarının yaradılması və müasirləşdirilməsi;
  • Avadanlığa texniki dəstək;
  • Korporativ səviyyəli (server özəyinin qurulması) server həllərinin tətbiqi;
  • Sabit (klaster) korporativ səviyyəli server həllərinin tətbiqi;
  • Mövcud server avadanlığının yeniləşdirilməsi;
  • Verilənlərin saxlanması sistemləri;
  • İnformasiya təhlükəsizliyi sistemləri.