Nazir Gəncədə, nazirin birinci müavini Göygöldə vətəndaşlarla görüşəcək

4.07.19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 12 iyul 2019-cu il tarixində saat 12:00-da Gəncə şəhərində Gəncə və Goranboy sakinlərini, nazirin birinci müavini Əli Abdullayev həmin tarixdə saat 12:00-da Göygöldə rayon sakinlərini qəbul edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.