Məlumat Hesablama Mərkəzinin əməkdaşları mükafatlandırıldı

9.07.19

Məlumat Hesablama Mərkəzinin (MHM) təsis olunmasından 45 il ötür. Bu müddət ərzində, peşəkar kadr potensialına malik MHM kifayət qədər nailiyyətlər əldə edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Məlumat Hesablama Mərkəzinin (MHM) 45 illiyi münasibəti ilə bir neçə əməkdaşı səmərəli iş fəaliyyətinə görə fəxri fərmanla təltif edib.

MHM-in direktoru Elnar Əsədov mükafatları nazirin adından qurumun əməkdaşlarına təqdim edib.

Təltif olunan əməkdaşlar mühəndis elektronçu İdris Məcidov, mütəxəssis Şəfəq Baxşıyeva, mühəndis Pürzə Yusifova və texnik Alina Rəsulovadır.