MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi oldu

16.08.19

 

NRYTN-nin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmmədov bilyard üzrə keçirilən dünya çempionatında ikinci olub.

Belə ki, idman ustası avqustun səkkizindən başlayan bilyardın "sərbəst piramida" növü üzrə Dünya Çempionatında ikinci yerə layiq görülüb.

Qeyd edək ki, Qırğızıstanın Çolpon-Atada şəhərində keçirilən Dünya Kuboku üzrə yarışda 25 ölkədən 107 idmançı iştirak edirdi. Hər görüşün müddəti 1 saat 20 dəqiqə olan yarışda 86 kişi, 21-i qadın mübarizə aparırdı.

Kişilər 6, qadınlarda 5 qələbədən sonra yarımfinalda, sonra isə finalda üz üzə gəlirdi. Əgər oyunlar bitənən sonra hesab heç - heçə olarsa "taybrek” adlanan həlledici mərhələ oynanılırdı.

Həmyerlimiz Seymur Məmmədov yarımfinalda qırğız idmançısı Madaminov Aziz adlı idman ustasını məğlub edərək finala vəsiqə qazandı.

Finalda rusiyalı bilyard ustası Semyon Zaytsevlə gərgin mübarizədə Seymur Məmmədovu qələbədən cəmi bir "şar” ayırıb.

Qeyd edək idman ustamız iki dəfə bilyard üzrə Avropa çempionatında 2-ci yerin sahibi, Qafqaz kubokunun qalibi olub.

Seymur Məmmədov bu günə qədər bilyard oyunu üzrə yüksək nəticə göstərən ilk və yeganə azərbaycanlıdır.


https://rabita.az/uploads/thumb_billiard1.jpg

https://rabita.az/uploads/thumb_billiard1.jpg

https://rabita.az/uploads/thumb_billiard1.jpg