Nazirlik bilyard üzrə yüksək nəticə göstərən əməkdaşını Fəxri fərmanla təltif edib

12.09.19

Seymur Məmmədova Fəxri fərmanıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev təqdim edib.

Əli Abdullayev idmançını qalib olması münasibətilə təbrik edərək ona daha böyük qələbələr qazanmasını arzulayıb.

Qeyd edək ki, Qırğızıstan Respublikasının Çolpan-Ata şəhərində təşkil olunan Dünya Kuboku üzrə yarışda 25 ölkədən 107idmançı iştirak edib. Yarışda 86 kişi və 21 qadın mübarizə aparıb.

Həmyerlimiz Seymur Məmmədov yarımfinalda qırğız Madaminov Aziz adlı bilyard ustasını məğlub edərək finala vəsiqə qazanıb.

Finalda rusiyalı Semyon Zaytsevlə gərgin mübarizədə Seymur Məmmədovu qələbədən cəmi bir top ayırıb.

Məlumat üçün bildirək ki, idmançımız iki dəfə bilyard üzrə Avropa çempionatında 2-ci yerin sahibi, Qafqaz kubokunun qalibi olub.

Seymur Məmmədov bu günə qədər bilyard üzrə yüksək nəticə göstərən ilk və yeganə azərbaycanlıdır.