Məlumat Hesablama Mərkəzi PayPort startapına dəstək olacaq

18.10.19

"Artıq 2 ildir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "İ2B - İdeyadan Biznesə" layihəsini həyata keçirir. Bu isə özlüyündə gənclərə böyük bir stimul verir. Nəticə olaraq da startapçılar bu gün sözügedən layihənin respublika final mərhələsində innovativ, maraqlı, dünya miqyasında öz sözünü deyəcək startaplar təqdim edirlər".

Bunu "İ2B - İdeyadan Biznesə" layihəsinin final mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov deyib.

Elnar Əsədov bildirib ki, 45 illik rəqəmsal təcrübəyə malik bir müəssisə olaraq "PayPort" startapına dəstək olacaqlar: "MHM olaraq Naxçıvan Muxtar Respublikasını təmsil edən "PayPort" startapını seçərək, bu layihəyə dəstək olacağıq".