close
close

Bakutel 2019 sərgisində SmartPay ödəniş sistemi nümayiş olundu


04.12.2019 41

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. Sərgi çərçivəsindəSmartPay ödəniş sistemi nümayiş olunur.

SmartPay prosessinq mərkəzi yüksək məhsuldarlıq və dayanıqlı ödəniş sistemini təmin etmək məqsədilə yaradılıb. Hazırda SmartPay geniş coğrafi ərazidə müxtəlif xidmətlər üzrə etibarlı, onlayn, təhlükəsiz və sürətli ödəniş vasitəsi.

Vətəndaşlar bu prosessinq mərkəzinin xidmətindən istifadə etməklə dövlət qurumu xidmətlərini, sığorta xidmətlərini, kommunal xidmətləri, tv və internet provayderləri, bank xidmətləri və digər xidmətlər üzrə ödəmələrini həyata keçirə bilərlər.

Sistem ödənişlərin qəbulu üçün çoxşaxəli şəbəkə qurmaq, istənilən sayda xidmət təchizatçılarını qoşmaq, fərqli xidmət təchizatçılarını bir ödəniş sistemi çərçivəsində birləşdirmək, ödəniş agentlərin və təchizatçıların online fəaliyyətini təşkil etmək, fərqli vasitələrlə nağd və nağdsız ödəmə rahatlığı və s. kimi funksional imkanlara malikdir.

SmartPay üçün hər bir vətəndaşın fərdi məlumatlarının təhlükəsizliyi çox önəmlidir və xidmətlərdən istifadə ilə bağlı toplanmış və işlənmiş fərdi məlumatların qorunması öhdəliyini daim öz üzərinə götürür.

Hazırda "SmartPay” 71 poçt filialı, 1383 poçt şöbəsində 72 ödəmə terminalı, 81- xidmət üzrə, 2541 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.