close
close

Elektron arxiv - təhlükəsiz, operativ və rahat


04.12.2019 35

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində elektron arxiv proqram təminatı nümayiş olunur.

Elektron arxiv – böyük həcmli informasiyanın kağız daşıyıcılardan elektron formata keçirilməsi, emalı və idarə olunması üçün nəzərdə tutulan proqram təminatıdır. Sistem elektron və skan edilmiş sənədləri arxivləşdirir, saxlanılmanın etibarlılığını təmin edir.

Sistem elektron və skan edilmiş sənədlərin arxivləşdirilməsi ilə yanaşı, arxivləşdirilmiş elektron sənədlərin sürətli eyni zamanda ətraflı və rahat axtarışı, sənədlərin saxlanılması üçün qovluqların istənilən formada strukturlaşması, istifadəçilərin hesablarına, qruplarına uyğun olaraq giriş imkanlarının məhdudlaşdırılması, sənədin tarixçəsinin izlənilməsi, böyük həcmli arxiv sənədlərinin kütləvi şəkildə yüklənməsi, saxlanılmanın etibarlılığını təmin etmək, giriş hüquqlarının müxtəlifliyi və s. kimi funksionallıqları özündə birləşdirir.

Bu isə idarə və təşkilatlara qanunvericiliyə uyğun olaraq arxivləşdirmə və sənədləşdirmə, fərqli ərazilərdən və ya şöbələrdən sistemə mərkəzləşdirilmiş giriş imkanı, sənədlərin rahat və sürətli axtarışı, eyni zamanda icazəsiz məhv edilməsinin mümkünsüzlüyü, sənədlərin əsllərinin korlanması və itirilməsi riskinin azaldılması, məxfilik, həmçinin kargüzarlıq üzrə xərclərin azaldılması kimi üstünlüklər qazandırır.