close
close

AzCall çağrı mərkəzi


04.12.2019 172

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. Sərgi çərçivəsindəAzCall çağrı mərkəzi sistemi nümayiş olunur.

Dövlət qurumları, bank və özəl sektorlar üçün nəzərdə tutulmuş "Azcall” çağrı mərkəzi idarəetməni yüksək səviyyədə təmin etmək üçün lazım olan funksionallıqları özündə cəmləşdirən bir sistemdir.

"Azcall” Çağrı Mərkəzi gələn zəng nömrəsi üzrə vətəndaşın tanınması və ona aid məlumatların əldə olunması, müştəri əlaqələrinin idarəedilməsi (CRM), sorğuların cavablandırılması (FAQ), müştəri müraciətlərinin emalı (MME), real vaxt monitorinqi, hesabatlar modulu, e-mail bildiriş modulu, interaktiv səsli cavablama (İVR), zəng keyfiyyətinin dəyərləndirilməsi, zənglərin idarəolunması və telefon danışıqlarının qeydə alınması, telefon danışıqlarının şifrələnmə imkanı kimi funksiyalara malikdir.