close
close

Doğru zamanda doğru yerdə


04.12.2019 40

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində elektron kadr proqram təminatı nümayiş olunur.

e-Kadr – müəssisə və təşkilatlarda insan resursları ilə əlaqəli məlumatların və əməliyyatların elektron qaydada uçotun aparılması və tənzimlənməsi məqsədilə yaradılmış proqram təminatıdır. Bu proqram təminatı vasitəsilə kadr uçotunun aparılması, məzuniyyət və ezamiyyətlərin qeydiyyatı və tənzimlənməsi, icazələrin elektron qaydada tənzimlənməsi, davamiyyətə nəzarət, iş vaxtının uçotunun avtomatlaşdırılması kimi istiqamətlərdə qeydiyyat aparılır.

Sistem soraqçalar, sənədlər, kadrların şəxsi işləri, məzuniyyət, ezamiyyət, davamiyyət, icazələr, əsas vəsaitlər, əhatəli axtarış sistemi, hesabatlar, sistemin təhlükəsizlik tənzimləmələri kimi modullardan ibarətdir.

Eyni zmanda sistem bir mərkəzdən alt qurumlara və filiallara nəzarət, əməkdaşların səlahiyyətləri üzrə məlumatlara baxma imkanı, avtomatlaşdırılmış icazə sistemi, işə davamiyyətə nəzarət imkanı və s. bu kimi üstünlüklərə malikdir.