close
close

SmartCell üz tanıma texnologiyası


04.12.2019 44

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində SmartCell üz tanıma texnologiyası nümayiş olunur.

SmartCell – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemdir.

SmartCell operatorlar üçün müştərinin və satıcının şəkil (face ID) və elektron imza ilə identifikasiyası, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsi, elektron müqavilə, real vaxt rejimində məlumatların əldə edilməsi, arxiv işlərinin minimallaşdırılmasıvə s. bu kimi üstünlüklər qazandırır.

Müştəri üçün isə şəxsin xəbəri və iştirakı olmadan adına nömrənin rəsmiləşdirilməsinin qarşısının alınması, vaxta qənaət, elektron müqavilə və elektron imza ilə əməliyyatın aparılması kimi üstünlüklər qazandırır.