close
close

AzDoc - A-dan Z-yə elektron kargüzarlıq


04.12.2019 172

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində AzDoc elektron sənəd dövriyyəsi sistemi nümayiş olunur.

"AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır. Yerli mütəxəssislər tərəfindən hazırlanan "AzDoc" təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir. Burda sənədlərin statusları, qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götürülməsi və s. əks olunur. Sənəd dövriyyəsində sənədlərin elektron imza ilə imzalanma imkanı da var.

Elektron sənəd dövriyyəsi təşkilat daxilində geniş həcmli sənəd dövriyyəsini təşkil etməklə yanaşı sənəd ötürmə prosedurlarını təmin etmək, müxtəlif elektron sənəd formatlarının dəstəklənməsi, ərazi cəhətdən kənar şöbələrinin sistemə daxil edilmə imkanının olması kimi funksionallıqları özündə birləşdirir.

"A-dan Z-yə elektron kargüzarlıq” şüarını əsas tutan AzDoc proqramı, işin səmərəliliyini 25% artır, sənədlərin yaradılması və emal olunmasında itkiləri 75% azaldır, bununla da sənədlərin saxlanılma xərcləri 80% azalır, vaxta qənaət edilir.