close
close

Məlumat Hesablama Mərkəzində tibbi-profilaktika məqsədilə dezinfeksiya işləri aparılır


11.03.2020 10079

Koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və xəstəliyin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və nazirliyin qurumlarında dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.

Nazirliyin Məlumat Hesablama Mərkəzində də xüsusi məhlullarla dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, koronavirus xəstəliyinə yoluxma hallarının qarşısının alınması istiqamətində müəssisə daxilində mütəmadi olmaqla zəruri profilaktik işlər həyata keçirilir, sanitar-gigiyenik qaydalara riayət olunur.

Eyni zamanda, əməkdaşlar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları barədə maarifləndirilirlər.