close
close

Elektron imza serifikatının sifarişi onlayn qəbul ediləcək


19.03.2020 38

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına əsasən Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə vətəndaş qəbullarının təxirə salındığı və müraciətlərin yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməli olduğunu nəzərə alaraq bu gündən etibarən elektron imza serifikatının sifarişi onlayn qəbul ediləcək. Qeyd edək ki, online sifariş etdiyiniz elektron imza sertifikatını ərizənizdə göstərdiyiniz yaşadığınız yerə yaxın olan, "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən ala bilərsiniz.
 
Zəng mərkəzi: 157