close
close

“Smartpay” sistemi üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 54 min 292 manat köçürülüb


29.03.2020 343

“Smartpay” elektron ödəniş sistemi üzərindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək 349 fiziki şəxs tərəfindən 54 min 292 manat 64 qəpik məbləğində pul vəsaiti ianə edilib.

Bu sistem vasitəsi ilə ianələrin köçürülməsi üçün texniki platforma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən işə salınıb. İanə üzrə əməliyyat komissiya haqqı tutulmadan həyata keçirilir.

Qeyd edək ki, hazırda “Smartpay” sistemi üzərindən respublikanın bütün regionlarını əhatə edən “Azərpoçt” MMC-nin filialları və şöbələrində, “Naxçıvanbank”ın, “Rabitəbank”ın ödəmə terminallarında, həmçinin evdən çıxmadan “kassam.az”, “modenis.az”, “paysis.az” və “smartpay.az” saytları üzərindən ianə etmək imkanı yaradılıb.

Sosial həmrəyliyin vacib olduğu bu vaxtda biganə qalmayıb ianə edən hər bir vətəndaşa təşəkkürümüzü bildiririk.

Gəlin hamılıqla dəstək olaq. Unutmayın, hər ianə bir həyatdır !

 

news-detail