close
close

Məlumat Hesablama Mərkəzi Koronavirusla mübarizə məqsədilə təşkil olunan “virtual hackathon”a dəstək göstərir


07.04.2020 294

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "SUP.VC" Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "Global Virtual Hackathon" müsabiqəsi keçirilir.

Məlumat Hesablama Mərkəzi bu müsabiqənin əsas tərəfdaşıdır.

Ölkədə İKT infrastrukturunun formalaşdırılması işinə, keçirilən startap yarışlarına, o cümlədən bu kimi bir çox sosial layihələrə dəstək olan 45 llik rəqəmsal təcrübəyə malik Məlumat Hesablama Mərkəzi sosial məsuliyyətini hiss edərək bu layihəyə də qoşulmağı özünə borc bildi.

"Global Virtual Hackathon"un keçirilməsində əsas məqsəd virtual aləmdə insanların öz işlərini nizama salması üçün mühit yaratmaq, öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr arasındakı boşluğu aradan qaldırmaq, mövcud potensialı üzə çıxarmaq və həqiqi nəticələrin əldə edilməsindən ibarətdir.
 
Rəsmi dili ingilis dili olan müsabiqədə ideya qəbulu haqda elandan tutmuş, seçim mərhələsi, prototiplərin sınanması və ideyaların həyata keçirilməsinə kimi bütün proseslər virtual formada reallaşdırılır.

9-12 aprel tarixini əhatə edəcək müsabiqənin qeydiyyatı 9 aprel 2020-ci il Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq. 

İştirakçılar müsabiqəyə qoşulmaq üçün www.hackcov19.com saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün qısa formanı doldurmaq lazım gəlir. Müraciət formasına müddəti maksimum bir dəqiqəlik olan, mövcud həll yolundan bəhs edən video yüklənilməlidir. Həmin videolar sosial media platformalarında da yayımlanacaq.

“Hackathon”un mükafat fondu – 10 min ABŞ dollarıdır.

news-detail