close
close

Elektron imza sertifikat sahiblərinin nəzərinə!


09.04.2020 217

Hörmətli Elektron imza sertifikat istifadəçiləri!

Milli Sertifikt Xidmətləri Mərkəzi e-imza sertifikatının istifadə rahatlığını və aktivliyini təmin etmək üçün Kök Mərkəz tərəfindən təqdim edilən yenilənməni kompüterinizə yükləməyinizi xahiş edir.

Qeyd edək ki, MSXM istifadəçilərin rahatlığı üçün sertifikatları mütamadi olaraq e-imza.az saytına yerləşdirir. Sertifikatınızın işlək olması üçün 2017-ci ilə aid olan bu SERTİFİKATI kompyuterinizə yükləməlisiniz. Əks halda e-imza sertifikatından istifadə də problem yaranacaq.

İstifadə təlimatı: BURADAN YÜKLƏYİN

Məlumat üçün bildirək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikt Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatları bütün dövlət qurumlarında keçərlidir, onlayn sifariş etmək mümkündür, çatdırılma ödənişsizdir. Həmçinin, “elektron imza”dan istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib əldə etməklə xidmət haqqı tutulmadan tam ödənişsiz 3 il müddətinə istifadə olunur.

news-detail