close
close

#EVDƏQAL - Təhlükəsiz onlayn ödəniş sistemi: “SmartPay”


13.04.2020 233

COVİD-19 pandemiyasına görə bütün dünyada olduğu kimi ölkəmizdə də insanların məsafədən işləməsi üçün xüsusi karantin rejimi tətbiq olunur. Məlumdur ki, məsafədən işlənilən zaman ən çox müraciət edilən xidmətlərdən biri də onlayn ödəniş sistemləridir. Ölkəmizdə fəaliyyət göstərən çox sayda yerli və beynəlxalq ödəniş sistemləri mövcuddur. Vasitələr çox olsa da təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin təhlükəsiz və sürətli ödəniş sistemi olan “SmartPay” yüksək məhsuldarlıq və dayanıqlı ödəniş sistemini təmin etmək məqsədilə yaradılıb. 2016-ci ildən fəaliyyət göstərən "SmartPay" elektron ödəmə sistemi bir çox xidmətləri bir platformaya toplayıb.

• Mobil operatorlar
• İnternet provayderlər
• Sığorta xidmətləri
• Stasionar telefonlar
• Kommunal xidmətlər
• Dövlət qurumları xidmətləri
• TV provayderlər
• Antiviruslar
• Bank xidmətləri
• Elektron İmza
• Mobil Cihazların Qeydiyyat Sistemi və s.

Həmçinin, çüzdanlar bölməsində Qiwi USD, CashU, ЯндексДеньги, WEBMONEY CHECK, Moneta.ru və s. kimi 12 ədəd beynəlxalq cüzdan da mövcuddur. Yerli viza və master kartlarınızdan isifadə etməklə bu cüzdanların balansını artırmaq mümkündür.

Məlumat üçün bildirək ki, SmartPay ödəmə sistemi üzərindən Naxçıvan Muxtar Respublikasına aid olan ödəmələri də aparmaq mümkündür və həmin ödənişlər Naxçıvan ərazisində olan terminallardan yalnız SmartPay ödəmə sistemi üzərindən aparılır.

Sadalanan xidmətlərin ödənişini www.smartpay.az saytı və Azərbaycanın bütün bölgələrini əhatə edən Poçt məntəqələrində yerləşən "SmartPay" terminallarından istifadə etməklə aparmaq olar.

Bir sözlə "SmartPay" geniş coğrafi ərazidə müxtəlif xidmətlər üzrə etibarlı, onlayn, təhlükəsiz və sürətli ödəniş vasitəsidir. Sistem istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə tam təminat verir.

Onu da qeyd edək ki, Smartpay ödəmə sistemi üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna da ianələr etmək mümkündür.

news-detail