close
close

Üçüncü InnoWeek – İnnovasiya həftəsi keçiriləcək


09.12.2020 203

14-19 dekabr tarixlərində Azərbaycanda üçüncü InnoWeek – İnnovasiya həftəsi keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, Azercell Telekom MMC-nin birgə təşkilatçılığı, BestComp Group MMC, BP şirkəti və Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş sponsorluğu ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. 


Koronavirus pandemiyası şəraitində InnoWeek çərçivəsində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil ediləcək. 

“InnoWeek – İnnovasiyalar Həftəsi” çərçivəsində 14 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə “MHM-də ağıllı layihələr” adlı onlayn tədbir keçiriləcək.

Məlumat Hesablama Mərkəzinin uğurlu layihələrindən biri olan “SmartCell” (üz tanıma) proqramı İtaliyanın NAPLES FEDERICO II universiteti ilə birgə həyata keçirilir. Lahiyənin əsas məqsədi fərdi məlumatların təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Əsasən maliyyə sektorlarında, mobil operatorların fəaliyyətində istifadə olunması nəzərdə tutulan “SmartCell” (üz tanıma) proqramının bu sahələr üzrə müəyyən dəqiq və uğurlu nəticələr qazandıqdan sonra dövlət və özəl sektorda tətbiqi planlaşdırılır.

Bu LİNKƏ  daxil olmaqla, qeydiyyatdan keçib vebinarda iştirak etmək olar.