close
close

"AzDataCom” internet provayderi ön ödəmə sisteminə keçir


24.12.2020 366

COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən məktəb və universitetlər distant təhsilə keçib,  iş yerlərinin əksəriyyəti onlayn fəaliyyət göstərir. Bu da öz növbəsində internet xidmətlərinə olan tələbatı kəskin artırıb.

Həmçinin infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin edilməsi zərurirətini yaradıb. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "AzDataCom" provayderi ölkəmizin bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet (ADSL) xidmətləri göstərir.

"Azdatacom" şəbəkəsi 1 yanvar 2021-ci il tarixindən “öncədən ödəmə” sisteminə keçid edir. Bundan sonra abonentin istifadə edəcəyi internet haqqı "gündəlik hesablaşma" prinsipi ilə aparılacaq. Belə ki, ödəniş günündən sonrakı 30 təqvim günü növbəti ay üçün ödəmənin son tarixi hesab ediləcək.

İstifadəçilər aylıq  abunə haqqını smartpay.az saytı üzərindən, Azərpoçtun filiallarından, həmçinin  ödəmə terminalları vasitəsi ilə də ödəyə bilərlər. Daha ətraflı məlumat üçün isə 157 zəng mərkəzinə müraciət etmək mümkündür.

Qeyd edək ki,"Azdatacom" şəbəkəsi müştəri məmnuniyyətini artırmaq məqsədilə istifadəçi maraqlarını nəzərə alıb, mütəmadi olaraq təkmilləşdirilir. Məsələn, pandemiya dövrünün tələbləri nəzərə alaraq istifadəçilərə evdən çıxmadan onlayn ödəniş etmək imkanı yaradılıb. Bu linkə daxil olmaqla “öncədən ödəniş” edib aylıq inernet paketi almaq mümkündür.