close
close

“Ağıllı” şəhərdə nəqliyyatdan ödənişsiz istifadə - Şamaxı


17.02.2021 353

“Ağıllı” şəhər konsepsiyasının önəmli detallarından biri olan sərnişindaşımada təmassız texnologiya təcrübəsi ölkəmizdə uğula icra olunur. Ötən ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada təmassız texnologiyanı dəstəkləyən sistem quraşdırılıb.

 

Vətəndaşların yeni ödəmə sisteminə marağını artırmaq məqsədilə layihə çərçivəsində yeni kampaniya başladılıb. Beləki, mart ayının 31-dək Mastercard və “İnkart” sahibləri həftənin iki günü (bazar ertəsi və cümə) ərzində bir dəfə olmaqla  avtobusdan ödənişsiz istifadə edə biləcəklər.

 

Məlumat Hesablama Mərkəzi tərəfindən təklif olunan texniki həllər vətəndaşlara NFC texnologiyası, istənilən bank kartı, smartfon və smart saat, həmçinin QR kodla ödəniş etməyə imkan verir. Layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq də hazırlanıb. Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, həmçinin marşrut xəttini müəyyənləşdirmək olur. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı “Prepaid” kartın üzərinə tutmaq kifayətdir.

 

Qeyd edək ki, bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür.