close
close


23.07.2021 120

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində fəaliyyət göstərən Kiber Hücumların Simulyasiyası Laboratoriyası təcrübə proqramı elan edir. 

Təcrübə proqramına qoşulmaq istəyənlər 6 avqust 2021-ci il tarixinədək bu Linkdən qeydiyyatdan keçə bilərsiniz.

Namizədlərlə bağlı ilkin tələblər:

•           İnformasiya təhlükəsizliyi sahəsində təməl anlayışları bilməsi;

•           “Kali linux” əməliyyat sistemindən istifadə bacarığı;

•           Bu sahədə özünü inkişaf etdirməyə maraqlı olması.

Göstərilən tarixə kimi müraciət edən və qeyd edilən tələbləri ödəyən namizədlərin seçimi müsahibə əsasında aparılacaq.

Seçilmiş namizədlər kiber hücumların simulyasiyası ilə bağlı praktiki vərdişlərin qazandırılması və mövcud potensialın düzgün yönləndirilməsi ilə bağlı təlimlərə cəlb ediləcəklər. Kiber Laboratoriya TIER 3, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına malik əlçatanlıq zonası əsasında fəaliyyət göstərən AZCLOUD bulud həlləri üzərində təşkil ediləcək. Proqram iştirakçılarına AZCLOUD bulud infrastrukturu ilə işləmək üçün təlimat veriləcək. Ödənişsiz təşkil olunacaq təcrübə proqramında praktiki məşğələlər 2 ay davam edəcək.

Təcrübə proqramını uğurla başa vuran şəxslərə Məlumat Hesablama Mərkəzi tərəfindən sertifikat təqdim olunacaq. Həmçinin praktik məşğələlərdə fərqlənənlər Məlumat Hesablama Mərkəzində və digər qurumlarda karyera qurmaq şansı qazanacaqlar. 

Məlumat üçün bildirək ki, kiber təhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında ən önəmli rolları kiber hücumlarının simulyasiyası və müvafiq bacarıqların qazandırılması oynayır. Bu hücumların təşkili mütəxəssislərə hücumun baş vermə texnikasını dəqiq öyrənməyə, test edilən sistemlərdəki boşluqları aşkarlamağa və çatışmazlıqları vaxtında aradan qaldırmağa imkan verir.