close
close

İnsan Resurslarının idarəedilməsində Təcrübə proqramı


25.08.2021 160

Müddət:

İcra ediləcək işlərin həcminə müvafiq olaraq müəyyən edilir (2-6 ay),

Proses:

  • Müraciətlərin qəbulu və daxil olmuş anketlərinin skrininqi;
  • İlkin müsahibə;
  • Təcrübəçinin cəlb ediləcəyi qurumla müsahibə;
  • Təcrübəçi ilə məxfiliyə dair müqavilənin bağlanması.

Proqram iştirakçılarının sayı:

Tələb və təchizat məsələlərindən asılı olaraq 10 -12 nəfər

Təcrübəçinin iş vaxtı 10:00-da başlayır və 17:00-da bitir.

 

Elan mətni:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi İnsan resursları sahəsi üzrə  təcrübə proqramı elan edir.
Təcrübə proqramına qoşulmaq istəyənlər 30 avqust 2021-ci il tarixinədək qeydiyyatdan keçə bilər.

Təcrübəçiyə dair tələblər:

Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;

Komandada işləmək bacarığı;

İntizamlılıq və məsuliyyətlilik;

Kompüter bilikləri.

 

Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Təcrübə proqramı ödənişsizdir.