close
close

Azərbaycan Respublikası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

MƏLUMAT HESABLAMA  MƏRKƏZİ

 

MİSSİYA

 

Missiyamız müştərilərimiz üçün daim yenilikçi və keyfiyyətli xidmət göstərməklə daxili və xarici bazarda böyümək və beynəlxalq mühitdə seçilən İT müəssisəsi olmaqdır.

 

     VİZYON

 

Zamanın tələblərini qabaqlayaraq İT sahəsində Azərbaycan brendi olmaq və hər bir vətəndaşın elektron mühitdə imzasını yaratmaqdır.

 

                      KEYFİYYƏT  SİYASƏTİ

 

Biz, Məlumat Hesablama Mərkəzi (MHM) beynəlxalq keyfiyyət standartlarının dövlətin və cəmiyyətin tələbatına uyğun şəkildə tətbiqi əhəmiyyətini nəzərə alaraq, proqram təminatının yaradılması və istismarı, web saytların, korporativ və lokal şəbəkələrin yaradılması və telekommunikasiya xidmətləri üzrə sifarişçilərin normativlərə əsaslanmış real və artan tələbatlarını təmin etmək məqsədilə keyfiyyət sahəsində bu siyasəti bəyan edirik.

 

MHM-in Keyfiyyət sahəsində siyasəti onun rolunu və əsas dəyərlərini əks etdirən inkişaf strategiyasının bir hissəsidir. Keyfiyyət sahəsində siyasət müxtəlif telekommunikasiya xidmətlərinin göstərilməsi qaydası və keyfiyyətinə qoyulan tələbləri tənzimləyən beynəlxalq (ISO 9001:2015) və milli standartların norma və qaydalarının şərtsiz yerinə yetirilməsinə əsaslanır.

 

Biz müştərilərimizin arzu və istəklərini, maliyyə imkanlarını nəzərə alaraq xidmətlərimizlə bağlı keyfiyyət sahəsində aşağıdakı öhdəlikləri üzərimizə götürürük:

 

  • Bütün proseslərdə müştərilərin ehtiyaclarına və gözləntilərinə tam cavab verən etibarlı və arzu olunan müəssisə olmaq;
  • Müasir texnoloji üsullardan istifadə edərək ən erkən mərhələdə keyfiyyət və təhlükəsizlik baxımından mümkün ola biləcək riskləri müəyyən edib zamanında qarşısını almaq;
  • İstənilən xidmət/məhsul keyfiyyətinə nail olmaq üçün son istifadəçilərin ehtiyaclarını nəzərə almaq;
  • Bütün işçilərin təlim və inkişaf fəaliyətləri ilə motivasiyasını artıraraq , komanda ruhu və kooperativ mədəniyyət , innovasiyaları daim izləyən yenilikçi və peşəkar mütəxəssis heyəti yetişdirmək;
  • Başladılan hər bir layihəni yüksək səviyyəli üsullarla, istənilən keyfiyyətdə, vaxtında və büdcə çərçivəsində yerinə yetirmək;
  • Cəmiyyət və ətraf mühitə hörmətlə yanaşan nümunəvi bir müəssisə olmaq və iş həcmini daim genişləndirməklə milli iqtisadiyyata müsbət təsir göstərmək;
  • İdarədaxili proseslərdə Keyfiyyət İdarəetmə Sisteminin tətbiqini əsas götürmək;
  • Bütün işçilərin müəssisənin məqsəd və vəzifələrinə uyğun şəkildə iştirakını təmin etmək;
  • Müəssisədə iştirakçı idarəetmə yanaşmasını qəbul etmək;
  • Keyfiyyət İdarəetmə Sisteminin tələblərinin işçilərin iştirakı ilə davamlı yaxşılaşdırmaq və tətbiq etmək.

 

MHM-in rəhbərliyi keyfiyyətin idarə edilməsi sisteminin təhlil edilməsi və səmərəliliyinin daim artırılması üçün məsuliyyət daşıyır.