"AzDoc" elektron sənəd dövriyyəsi
"AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır.
Funksiyaları:
-
Daxil olan və cıxan sənədlərin uçotunun aparılması;
-
Sənədlərin dərkənarla yönləndirilməsi;
-
Sənədlərin icrasına nəzarət;
-
Sənədlərin elektron imza ilə imzalanması;
-
QR kod ilə sənədlərin tanınması.
Üstünlükləri:
-
Dəftərxana ləvazimatlarına qənaət;
-
Karguzarlıq prosesinin optimallaşdırılması;
-
Sənədlərin axtarışına sərf olan vaxtın azalması;
-
Sənədlərlə işin təhlükəsizliyinin təmin edilməsi;
-
Kargüzarlıq təlimatına tam uyğunluq;
-
Hesabat və statistik məlumatların əldə edilməsi;
-
Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanununa uyğunluq.
Faydası:
-
İşin səmərəliliyi 25% artır;
-
Vaxta 20% qənaət etmə imkanı;
-
Sənədlərin yaradılması və emal olunmasında itkilər 75% azalır;
-
Sənədlərin saxlanılma xərcləri 80% azalır.
e-Kadr
e-Kadr – müəssisə və təşkilatlarda insan resursları ilə əlaqəli məlumatların və əməliyyatların elektron qaydada uçotun aparılması və tənzimlənməsi məqsədilə yaradılmış proqram təminatıdır.
Funksiyaları:
-
Kadr uçotunun aparılması;
-
Məzuniyyət və ezamiyyətlərin qeydiyyatı və tənzimlənməsi;
-
İcazələrin elektron qaydada tənzimlənməsi;
-
Davamiyyətə nəzarət;
-
İş vaxtının uçotunun avtomatlaşdırılması.
Üstünlükləri:
-
Sürətli axtarış;
-
Vaxta qənaət;
-
Hesabatların əldə edilməsi;
-
Statistik məlumatların formalaşdırılması;
-
İdarəetmə xərclərinin azaldılması.
e-Arxiv
Elektron arxiv – böyük həcmli informasiyanın kağız daşıyıcılardan elektron formata keçirilməsi, emalı və idarə olunması üçün nəzərdə tutulan proqram təminatıdır.
Funksiyaları:
-
Elektron və skan edilmiş sənədlərin arxivləşdirilməsi;
-
Arxivləşdirilmiş elektron sənədlərin sürətli, ətraflı və rahat axtarışı;
-
Sənədlərin saxlanılması üçün qovluqların istənilən formada strukturlaşması;
-
Göstərilən meyarlara uyğun olaraq öncədən təyin edilmiş qovluq və saxlama bölmələrində sənədlərin sistemə yükləyərkən sıralanması;
-
İstifadəçi kateqoriyaları üzrə hüquqların verilməsi;
-
Sənədlərin müxtəlif atribut üzrə axtarışı;
-
Böyük həcmli arxiv sənədlərinin kütləvi şəkildə yüklənməsi;
-
Saxlanılmanın etibarlılığını təmin etmək.
Üstünlükləri:
-
Qanunvericiliyə uyğun olaraq arxivləşdirmə və sənədləşdirmə;
-
Sənədlərin icazəsiz məhv edilməsinin mümkünsüzlüyü;
-
Sənədlərin mərkəzləşdirilmiş formada təhlükəsiz saxlanılması və emalı;
-
Məxfilik və istifadə hüquqlarının məhdudlaşdırılması;
-
Sənədlərin rahat və sürətli axtarışının təmin edilməsi;
-
Kargüzarlıq üzrə xərclərin azaldılması;
-
Sənədlərin əsllərinin korlanması və itirilməsi riskinin azaldılması.
SmartCell
SmartCell – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.
Operatorlar üçün üstünlükləri:
-
Müştərinin şəkil (face ID) və elektron imza ilə identifikasiyası;
-
Satıcının şəkil (face ID) və elektron imza ilə identifikasiyası;
-
Müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsi;
-
Müqavilə itkisinin aradan qaldırılması;
-
Yalnız səlahiyyətli şəxslər tərəfindən satışın təmini;
-
Statistik hesabatlar;
-
Real vaxt rejimində məlumatların əldə edilməsi;
-
Vaxta qənaət;
-
Elektron müqavilə;
-
Müqavilələrin daşınması xərclərinin minimallaşdırılması;
-
Başqasının adına qeydiyyatdan keçirmə hallarının aradan qaldırılması;
-
Müqavilələrin arxivə qədər olan prosedurunun avtomatlaşdırılması;
-
Arxiv işlərinin minimallaşdırılması;
-
İnsan resurslarının optimallaşdırılması.
Müştəri üçün üstünlükləri:
-
Şəxsin xəbəri və iştirakı olmadan onun adına nömrənin rəsmiləşdirilməsinin qarşısının alınması;
-
Vaxta qənaət;
-
Elektron müqavilə;
-
Elektron imza ilə əməliyyatın aparılması.
Danışan kitabxana
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Danışan Kitabxana" layihəsi Beynəlxalq Telekommunikasiya İttifaqının Çempion Layihə mükafatına layiq görülüb.
Funksional imkanları:
-
Müxtəlif janrlarda 300-ə yaxın peşəkar səviyyədə səsləndirilən audio kitablar;
-
24 saat avtomatlaşmış telefon xidməti;
-
Abunəçi qısa nömrəyə zəng etməklə janr, müəllif və bədii əsərləri seçə bilər;
-
Abunəçinin istəyi ilə prosesin dayandırılması və yenidən davam etdirilməsi.
Vahid Nömrə Satışı
Vahid Nömrə Satışı - mobil nömrələrin satışının mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun, sistemli şəkildə aparılmasına imkan verir.
Üstünlükləri:
-
Sistem üzərindən informasiya mübadiləsinin aparılması mümkündür;
-
Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdırılır;
-
Vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək mümkündür;
-
İstənilən portalda qeydiyyatdan keçərkən mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaranan problemlər aradan qalxır.
Nömrə satışı zamanı ərizəçiyə aid məlumatlar informasiya sistemləri vasitəsilə eyniləşdirilərək, operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilir.
“Azcall” Çağrı Mərkəzi
Dövlət qurumları, bank və özəl sektorlar üçün nəzərdə tutulmuş “AzCall” çağrı mərkəzi idarəetməni yüksək səviyyədə təmin etmək üçün lazım olan funksionallıqları özündə cəmləşdirən bir sistemdir.
Funksiyaları:
-
Gələn zəng nömrəsi üzrə vətəndaşın tanınması və ona aid məlumatların əldə olunması;
-
Müştəri əlaqələrinin idarəedilməsi (CRM);
-
Sorğuların cavablandırılması (FAQ);
-
Müştəri müraciətlərinin emalı (MME);
-
Real vaxt monitorinqi;
-
Hesabatlar modulu;
-
E-mail bildiriş modulu;
-
İnteraktiv səsli cavablama (İVR);
-
Zəng keyfiyyətinin dəyərləndirilməsi;
-
Zənglərin idarəolunması və telefon danışıqlarının qeydə alınması;
-
Telefon danışıqlarının şifrələnmə imkanı.
Üstünlükləri:
-
Xidmət səviyyəsinin yüksəldilməsi;
-
Resurslardan daha səmərəli istifadə;
-
Müştəri məmnuniyyətinin artırılması;
-
İstək və müraciətlərin operativ həlli;
-
Əlaqədar məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsi;
-
Yeni modullar əlavə etmək imkanı;
-
Müxtəlif avadanlıqların dəstəklənməsi.
“AzCall” Çağrı Mərkəzi Sisteminin hazırda istifadə olunduğu yerlər:
-
157 – Məlumat Hesablama Mərkəzi, Elektron imza, “AzDataCom” şəbəkəsi
-
155, 122 - Baktelekom
-
109 - Məlumat bürosu
Somar (Satış Proqramı)
Somar satış proqramı, şirkətin topdan və pərakəndə satış fəaliyyətlərində daxil olan və satılan malların uçotunun aparılmasına, pul hərəkətlərinə, anbarda qalan mallara nəzarət etməyə, təşkilatın maliyyə vəziyyətini qiymətləndirməyə və hesabat aparmağa imkan verən bir proqramdır.
Funksiyaları:
-
Barkod aparatı vasitəsilə satış;
-
Satılmayan və ya gec satılan məhsullara nəzarət;
-
Real vaxtda satışlara, qalıqlara və pul hərəkətlərinə nəzarət;
-
Məhsulların yararlılıq müddətinə nəzarət;
-
Məhsulun göstəriciləri haqqında məlumat;
-
Müxtəlif vəzifələr (müdir, menecer, kassir, anbardar və s.) üzrə istifadəçi hesabının yaradılması;
-
Anbarlarda məhsulun mövcudluğu barədə məlumatın əldə olunması.
Üstünlükləri:
-
Satışların dəqiq və effektiv şəkildə proqnozlaşdırılması;
-
Debitor və kreditorlar hesabatı;
-
İşçilərin və şirkətin məhsuldarlığının artırılması;
-
Sadə interfeys;
-
Elektron imza ilə daxil olma.
Somar – təqribən 48 kq-a bərabər olan qədim türk çəki vahididir. Eyni zamanda portuqal dilində əlavə etmək, toplamaq, hesablamaq mənasında istifadə olunur.
Mobil Nömrədaşıma Xidməti
Mobil nömrədaşıma xidməti abunəçinin nömrəsinin operatorun prefiksi ilə birgə tam miqrasiya oluna bilməsi deməkdir.
Üstünlükləri:
-
Mövcud telekommunikasiya bazarında rəqabətin artırılması;
-
Operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi;
-
Nömrə resurslarından səmərəli istifadənin təmin edilməsi;
-
İstehlakçı hüquqlarının qorunması;
-
Abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaq.
Azərbaycanda olan bütün mobil operatorlar Mobil Nömrədaşıma Xidmətinə qoşulub.
Cərimələrin Yığım Sistemi
“Cərimələrin yığım sistemi” törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların qeydiyyatı, sistemləşdirilməsi və saxlanılması məqsədi ilə yaradılmışdır. Sistemə giriş elektron imza vasitəsi ilə həyata keçirilir.
İşləmə prinsipi:
-
Protokolların sistemə daxil edilməsi üçün “Qeydiyyat bölməsi” nəzərdə tutulmuşdur;
-
Qeydiyyata alınmış protokolların siyahısı, eyni zamanda müxtəlif filtrlər üzrə axtarış “Analitik panel” vasitəsi ilə mümkündür;
-
Qeydiyyata alınmış protokollarda düzəliş etmə və ya silmə imkanı “Düzəliş” bölməsi vasitəsi ilə mövcuddur;
-
Protokollarda olunan hər hansı dəyişiklik və ya silinmə barədə müraciətlər sistem tərəfindən “İnzibatçı” və “Baş operator”a yönləndirilir.
Müraciətlərə Nəzarət Sistemi
"Müraciətlərə Nəzarət Sistemi" sahibkarların maraqlarının müdafiəsi ilə bağlı müraciətlərə baxılması məqsədi ilə yaradılmışdır. Xidmətdən yalnız sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər istifadə edə bilər. Müraciətlər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun formatda tərtib edilib.
Funksiyaları:
-
Müraciətlərin göndərilməsi;
-
Müraciətlərin izlənməsi;
-
Nəticənin elektron əldə edilməsi;
-
Qurumlar tərəfindən elektron idarəetmə;
-
Üst qurum tərəfindən bütün qurumlara nəzarət;
-
Sahibkarlar və dövlət qurumları arasında şəffaf münasibətlərin yaradılması.
Sistemə tanıdılmış elektron imza sertifikatı, istifadəçi tərəfindən daxil edilmiş məlumatların düzgünlüyünü təsdiqləyir və onun məsuliyətini müəyyən edir.
Mobil cihazların qeydiyyat sistemi (İMEİ)
Mobil Cihazların Qeydiyyatı Sistemi - vahid məlumat bazası sisteminə daxil olmaq, eyni zamanda telekommunikasiya şəbəkəsindəki mobil cihazların texniki və identifikasiya xüsusiyyətləri barədə məlumatları saxlamaq və emal etmək üçün hazırlanmışdır.
Funksiyaları:
-
Onlayn, operator və kiosk rejimlərində qeydiyyat;
-
Mərkəzləşdirilmiş baza ilə bütün qeydiyyat prosesinə nəzarət;
-
Hesabatların dərhal çıxarılması;
Üstünlükləri:
-
Texniki standartlara cavab verməyən mobil cihazların ölkəyə idxalının qarşısının alınması;
-
Telefon, marketinq və analitiklərin mərkəzləşdirilmiş bazasının yaradılması;
-
Beynəlxalq GSM Assosiasiyasının "vahid qlobal qara siyahı"sına bağlı bir sistemdir;
-
Mobil cihaz oğurluğunun sayının kəskin şəkildə azalması;
-
Dövlət büdcəsinə əlavə gəlir.
Müqavilələrin Elekron Qeydiyyatı Sistemi
Müqavilələrin Elekron Qeydiyyatı sistemi idarə ilə bağlanan müqavilələri elektron formaya çevirmək üçün istifadə edilən sistemdir.
Funksional imkanları:
-
Digər idarələrlə bağlanan müqavilələr haqqında ümumi statistika hazırlamaq;
-
Hər bir müqavilə üçün olan ödənişlər barədə məlumat vermək;
-
Vaxtı bitən və ödəniş vaxtı yaxınlaşan müqavilələr haqqıdan məlumat vermək;
-
Kağız formada olan müqavilənin cari saxlandığı qovluğun yerini təyin etmək.
Abacus
Mərkəzləşdirilmiş İanə Sistemi – ABACUS adlanan və latıncadan mənası “hesablama cihazı” (çötkə) olan bu sistem xeyriyyə fondlarına ianələri bütün ödəmə vasitələrindən həyata keçirməyə imkan verir.
-
Sistem SMS, zəng, onlayn müraciət, kiosk və digər ödəniş vasitələrindən istifadə edərək ianə qəbulunu həyata keçirir.
-
Xeyriyyə fondları ilə vətəndaş cəmiyyəti arasında şəffaf münasibətlər yaradır.
ABACUS internet şəbəkəsi ilə vahid marşurutlaşdırma siyasətinə malik olan və bir neçə operator tərəfindən idarə olunan sistemdir.
POÇTAP (İtirilmiş Sənədlərin Axtarış Sistemi)
İtirilmiş və tapılmış sənədlərin idarəedilməsi sistemi. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə həmin şəxslə əlaqə yaradılır.
Funksional imkanları:
-
İtirilmiş və tapılmış sənədlərin qəbulu;
-
Onlayn veb sayt üzərindən axtarış imkanı;
-
İtirilmiş sənədin sistemə daxil edilməsi;
-
Tapılmış sənədin mərkəzlərə təqdim edilməsi;
-
Məxfi sənədlərin aşkar edilərək birbaşa aidiyatı quruma göndərilməsi;
-
İtirilmiş kimi daxil edilən sənədlərin sahiblərinin sorğulanması və tapılması.
İşləmə Prinsipi:
-
Sənədi tapan şəxs, sənədi istənilən poçt şöbəsinə çatdırır;
-
Poçt şöbəsi sənəddəki şəxsin məlumatlarını alaraq onunla əlaqə qurmağa çalışır;
-
Sənədin sahibi onu müəyyən olunmuş poçt şöbəsindən ala bilər.
Xidmət (büro) aşağıdakı hissələrdən ibarətdir:
-
Saytda itirilmiş və tapılmış sənədləri axtarmaq və əlavə etmək;
-
Sənədləri istənilən poçt şöbələrində qəbul etmək və istənilən poçt şöbəsinə göndərmək;
-
Çağrı Mərkəzi tərəfindən vətəndaşlara xidmət etmək və sahiblərinə tapılmış sənədləri geri vermək.
ARİS(Avtomatlaşdırılmış Rabitə İdarəetmə Sistemi)
Avtomatlaşdırılmış Rabitə İdarəetmə Sistemi əsasən stasionar operator tipli qurumlarda tək pəncərə prinsipi ilə bir çox xidmətləri reallaşdırmaq üçün nəzərdə tutulub.
Funksional imkanlar:
-
Mərkəzləşdirilmiş operator idarəetmə sistemi;
-
İstifadəçilərin qarşılaşdığı bütün problemləri əks əlaqə vasitəsilə dərhal aidiyyatı mütəxəssislərə yönləndirmək;
-
SMART hesabat sistemi;
-
Monitorinq sistemi.