Elektron imza
Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənəd əl imzası ilə imzalanan və möhürlənən sənədə bərabər tutulur.
Elektron imza - elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir.
Üstünlükləri:
-
Tanınma – İmzalayan tərəfin birmənalı müəyyən edilməsi;
-
Bütövlük – Sənədlərin bütövlüyünün qorunub saxlanması;
-
İnkaredilməzlik – Sənədi imzalayan şəxsin imzadan imtina edə bilməməsi;
-
Vaxt möhrü– İmzalama tarixinin və vaxtının göstəricisi.
Bulud Əsaslı İmza
Elektron imzanın bulud texnologiyalarına əsaslanan mobil versiyasıdır. “Bulud əsaslı imza” ilə rahat şəkildə bank əməliyyatları aparmaq və digər sahələrdə elektron xidmətlərə tam inteqrasiya edərək sənədlərin imzalama prosesini sürətli, təhlükəsiz və elektron formada həyata keçirmək mümkündür.
Funksiyaları:
-
İstənilən sayda və ölçüdə sənədlərin sürətli imzalanması;
-
Vaxt möhürünün mövcudluğu;
-
Hər imza üçün iki faktorlu identifikasiya;
-
Elektron imza tələb edən bütün elektron xidmətlərdə istifadə imkanı.
Üstünlükləri:
-
İmzalama prosesinin yerində və sürətli həyata keçirilməsi;
-
Coğrafi məkandan asılı olmadan imzalama;
-
Korporativ həllərin verilməsi;
-
Elektron imza daşıyıcısı olmadan imzalama;
-
Vaxta qənaət.
Toplu İmza
“Toplu imza” xidməti, eyni anda çoxlu sayda sənədin elektron imza ilə imzalanmasına imkan verir.
Funksiyaları:
-
İstənilən sayda və ölçüdə sənədlərin eyni anda sürətli imzalanması;
-
Vaxt göstəricisinin əlavə edilməsi;
-
Elektron imza tələb edən elektron xidmətlərdə istifadə imkanı.
Üstünlükləri:
-
Elektron sənəd və elektron imza haqqında qanunauyğunluğun təmin olunması;
-
Dövlət, vətəndaş və sahibkar arasında münasibətlərin şəffaflığı;
-
Kargüzarlıq əməliyyatlarına sərf olunan vaxta qənaət olunması və iş axınının sistemləşdirilməsi;
-
Vətəndaş məmnuniyyəti.
SmartPay
SmartPay prosessinq mərkəzi yüksək məhsuldarlıq və dayanıqlı ödəniş sistemini təmin etmək məqsədilə yaradılıb.
Funksional imkanları:
-
Ödənişlərin qəbulu üçün çoxşaxəli şəbəkə qurmaq;
-
İstənilən sayda xidmət təchizatçılarını qoşmaq;
-
Fərqli xidmət təchizatçılarını bir ödəniş sistemi çərçivəsində birləşdirmək;
-
Ödəniş agentlərin və təchizatçıların online fəaliyyətini təşkil etmək.
-
Fərqli vasitələrlə nağd və nağdsız ödəmə rahatlığı.
Mobil əlavələr (Android, iOS );
Pos terminal;
Özünə xidmət köşkü (Terminal);
Veb onlayn xidmət portalı.
Geniş coğrafi ərazidə müxtəlif xidmətlər üzrə etibarlı, onlayn, təhlükəsiz və sürətli ödəniş vasitəsi.
"AzDataCom” internet provayderi
AzDataCom ölkənin bütün ərazisini əhatə edən ən etibarlı internet provayderidir.
AzDataCom şəbəkəsi - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən "Milli E-İdarəcilik Təşəbbüsü" layihəsinin əsas komponentidir.
AzDataCom internet provayderi olaraq ölkəmizin bütün şəhər və rayon mərkəzlərini genişzolaqlı internet (ADSL) xidmətləri ilə təmin edir.
Xidmətlər:
-
Yüksək sürətli internet xidməti;
-
VPLS, VLL xidmətləri;
-
LAN, MAN, WAN şəbəkələri;
-
Özəl şəbəkələrin yaradılması;
-
MPLS xidmətləri;
-
VPN xidmətləri;
-
TM və POS terminalların quraşdırılması;
-
Mərkəzi Bankın ödəmə sisteminə qoşulma.
Billinq Sistemi
Telefonların açılma və bağlanma əməliyyatlarını avtomatik icra edən Billinq Sistemi vasitəsilə bütün EATS-lər optik xətlər vasitəsilə serverlərə qoşulur və rabitə xidmətləri borclarına görə abunəçilərin telefonlarının açılma və bağlanma əməliyyatları avtomatik icra olunur.
Funksiyaları:
-
Telefon danışıqları haqqında məlumatların (lokal və şəhərlərarası) toplanması, tarifikasiyası və qeydiyyatı;
-
Telefon nömrələrinin avtomatik şəkildə açılması və bağlanması;
-
Beynəlxalq giriş və çıxış danışıqlarının emalı və analizlərin aparılması;
-
Abonentlərin avtomatik şəkildə xəbərdar edilməsi sistemi;
-
Fərdi və səxsi hesabı olan hüquqi şəxslər üzrə məlumatların emalı;
-
Müştərilərdən abunə haqqının və şəhərlərarası danışıqlar üzrə borcun qəbulu;
-
İnternet üzrə ödənişlərin qəbulu;
-
Fərdi abunəçilər üzrə hesab-fakturaların və şəxsi hesablı hüquqi şəxslər üzrə hesabatların hazırlanması;
Açıq məlumatlar
Açıq məlumatlar kompüter proqramı tərəfindən oxunan, hamı tərəfindən azad şəkildə ixtiyari məqsəd üçün istifadə oluna və paylaşıla bilən məlumatlardır.
Üstünlükləri:
-
Vətəndaş məmnunluğu;
-
Xərclərə qənaət olunması;
-
Təkmilləşdirilmiş əməliyyatlar;
-
Operativliyin artırılması;
-
Yeni peşələrin yaranması;
-
Yeni məhsul və xidmətlərin yaranması;
-
Ölkə iqtisadiyyatına gətiriləcək gəlir;
-
Dövlət qərarlarının qəbul edilməsi prosesində vətəndasların fəal istirakını təmin etmək.
Açıq məlumatların məqsədi dövlət qurumlarının səlahiyyətləri çərçivəsində yaradılan, fərdi olmayan, ictimai əhəmiyyətli məlumatları Açıq məlumatlar portalına yerləşdirib vətəndaşların ixtiyarına verməkdir.
Vətəndaşların elektron müraciət portalı
Vətəndaşlara dövlət qurumlarına onlayn müraciət etmək imkanı verən interaktiv portal
Üstünlükləri:
-
Yaşayış yerini tərk etmədən müraciət;
-
Növbələrin azalması;
-
Vətəndaş – məmur təmasının azalması;
-
Müraciətlərin sistemləşdirilməsi;
-
Real vaxt rejimində bildirişlərin göndərilməsi;
-
Müraciətlərin izlənilməsi və monitorinq.
Funksional imkanları
Müraciətlər:
-
Limitsiz istifadəçi sayı;
-
Müraciətlərin statuslarının kim tərəfindən və hansı tarixdə dəyişdirilməsinin izlənilməsi;
-
Müraciətlərin bütün parametrlər üzrə axtarış sistemi.
Gecikmiş müraciətlər:
-
Müraciətlərin icra müddətinin təyin olunması;
-
Gecikmiş müraciətlərin siyahısı;
-
Geniş axtarış sistemi.
Bildirişlər:
-
Qurumlar arası yazışma;
-
Qurumla vətəndaş arasında yazışma;
-
Bütün yazışmalar və statuslar üzrə bildirişlərin göndərilməsi.
Hesabatlılıq:
-
Statistikanın izlənilməsi;
-
İnteraktiv hesabat forması;
-
Hesabatların excel faylına eksport imkanı.
Faydaları:
-
Vətəndaş sistemdə adiyyəti qurumu gördüyü üçün müraciətini icra hakimiyyətinə deyil, bilavasitə həmin qruma ünvanlayır;
-
Müraciətlərin və onların icrasının birbaşa icra hakimiyyəti tərəfindən izlənilməsi, icraçı qurumların məsuliyyətini artırır;
-
Müraciətlərin analitikasına əsasən qurumların efektiv iş əmsalını müəyyənləşdirmək asanlaşır.
Qeyd: Şamaxı rayonunda pilot layihə olaraq tətbiq edilir.
İctimai nəqliyyatda vahid ödəniş sistemi
Sərnişindaşımada vahid elektron ödəniş sistemi
Üstünlükləri:
-
Nağdsız ödәniş;
-
Tәmassız ödәniş;
-
Mobil tәtbiq.
Funksiyanal imkanları:
-
NFC texnologiyasını dәstәklәyәn bütün bank kartları ilә ödәmә imkanı;
-
QR kodla ödәmә imkanı;
-
Sosial kateqoriyalar üzrә endirim imkanı (tәlәbә, tәqaüdçü, hәrbçi vә s.);
-
Real vaxt rejimindә ödәnişlәrә nәzarәt.
Faydaları:
-
Yüksәk texnologiyaların tәtbiqi;
-
Ağıllı şәhәrin inkişafı;
-
Turizmin inkşafı;
-
Şəfaflıq;
-
Sağlamlıq.
Üstünlükləri:
-
Nağdsız ödәniş;
-
Tәmassız ödәniş;
-
Mobil tәtbiq.
Mobil tətbiq:
-
3 dildə tətbiq;
-
Marşrut xətləri;
-
Turizm obyektləri;
-
Tarixi məkanlar.
Qeyd: Bu layihə üçün Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi hazırlanmış mobil tətbiq azərbaycan, rus və ingilis dillərindədi. Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, həmçinin marşrut xəttini müəyyənləşdirmək olur. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı “Prepaid” kartın üzərinə tutmaq kifayətdir.
Veb saytların və Mobil Tətbiqlərin Yaradılması
Sifarişçilərin tələb və istəkləri əsasında, onların fəaliyyət sahələrinin əsas elementlərini nəzərə çarpdıran faydalı və funksional veb-saytların yaradılması üzrə tam xidmətlər kompleksini təklif edirik.
Xidmətlər:
-
Dövlət qurumları, korporativ, elektron ticarət və digər profildə saytların yaradılması;
-
7/24 texniki dəstəyin göstərilməsi;
-
Saytın stabil işləməsinə daimi nəzarət;
-
Müxtəlif növ əməliyyat sistemi üzərində qurulmuş e-poçt serverlərinin yaradılması və nəzarəti;
-
Saytın açlış surətinin optimizasiyası;
-
Onlayn ödəmə sistemlərinin inteqrasiyası;
-
Saytın mobil versiyasının hazırlanması;
-
Mobil tətbiqin hazırlanması.